Behbud International Hospital tibbin bütün sahələri ilə, keyfiyyətli və gülərüz xidmət göstərən özəl tibb müəssisəsidir. 2000-ci ildən fəaliyyət göstərən klinika İran İslam Respublikasının Təbriz şəhərinin mərkəzində yerləşir. Tibb sahəsində beynəlxalq standartları tətbiq edən klinika həm ölkəmizin bütün bölgələrindən olan insanlara, həm də İrana gələn xarici vətəndaşlara xidmət göstərir. 18000 kv.m sahəsi, 60 çarpayılı stasionar, 5 əməliyyatxana, 2 doğuş zalı, olan klinikamız müasir tibb texnologiyalarına malik cihaz və ləvazimatlarla xəstələrin xidmətindədir. Behbud International Hospital tibbi xidmətin ən müasir tələblərinə uyğun fəaliyyət göstərən tibb müəssisəsidir. Klinikamızda beynəlxalq standartlara cavab verən Şüa diaqnostika şöbəsi də fəaliyyət göstərir. Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən qabaqcıl texnologiyalı rəqəmsal rentgen, mammoqrafiya, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiyası (MRT) cihazlarına malikdir. Bu cihazlarlın vasitəsi ilə müxtəlif diaqnostik və müalicəvi invaziv müdaxilələr həyata keçirilir.

Maqnit Rezonans cihazımız 1.5 Tesla maqnit sahə qərqnliyi olan GE markalı ABŞ istehsalıolan tomoqraf cihazıdır. 71 sm diametrli (ölkədə ən genişlərindən biri), işıqlı və ventilyasiyalı, nisbi səssiz və tez sürətli olduğuna görə ağır xəstələrin, klaustrofobiyası (bağlı məkanlardan qorxu hissi) olan və az yaşlı pasiyentlərin müayinəni keçməsi asanlaşır. Həmçinin 150 kiloqrama qədər çəkisi olan pasiyentlərin müayinəsi mümkündür. KT cihazında bir dəfəyə bütün bədənin (whole body CT) müayinəsi keçirilə bilir. Görüntülər rəngli 3D formada düzələ bilər. Tomoqrafın imkanlarını genişləndirən avtomatik injektor mövcuddur. Adlarını qeyd etdiyimiz cihazların özəlliyi sayəsində həkim qısa zaman ərzində pasientin sağlamlığı barədə ətraflı informasiya eldə edə bilir. Xüsusilə KT görüntüləri sümüklərdə qırıq və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir.

Bölməmizdə mövcud olan rentgenoskopiya cihazı rəqəmsal xüsusiyyətlidir. Mammoqrafiya müayinəsi nəticəsində əldə olunan radioloji görüntü informasiya sistemdə saxlanılır.

 

Ultrasəs müayinə kabinetimizdə isə müasir ultrasəs apparatları mövcuddurki, onlar da dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalı olan ultrasəs avadanlığıdır və radiologiya, mama-ginekologiya (ginekoloji xəstələrdə və hamilələrdə 3 D), kardiologiya (Exo-KQ), angiologiya (boyun damarlarının, aşağı və yuxarı ətrafların damarlarının doppleroqrafiyası ), endokrinologiya (qalxanabənzər vəzi), onkologiya, pediatriya, neonatalogiya(neyrosonoqrafiya, bud-çanaq oynağının USM), urologiya və terapiya xəstələrinin müayinələrini həyata keçirtməyə imkan verir.

 

Müasir tibbin bütün tələblərinə cavab verən Behbud International Hospital ən müasir əməliyyat bloklarından birinə sahibdir. Klinikaının əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmaqla yanaşı 5 əməliyyat otağını özündə birləşdirir.

 

Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar həyata keçirilir –ümumi cərrahiyyə, uroloji, ginekoloji, endokrinoloji, burun-qulaq-boğaz , travmatologiya və ortopediya, mədə-bağırsaq (proktoloji) cərrahiyyəsi, yırtıqların açıq və laparoskopik cərrahi müalicəsi və sairə.

 

Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı həyata keçirilən anestezioloji xidmətlər ən müasir beynəlxalq standartlara cavab verir. Şöbəmizdə bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, yəni xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində qalır.